Göstərici əsasən AMEA Naxçıvan Bölməsi əməkdaşlarının jurnalda dərc olunan elmi məqalələri əsasında hazırlanaraq geniş oxucu kütləsinin istifadəsinə verilib.
“Elmi əsərlər” jurnalının nəşrə başladığı vaxtdan (2005) indiyə qədər çap olunmuş 50 nömrəsinin biblioqrafik göstəricisini əks etdirən nəşrin layihə rəhbəri və elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, tərtibçisi isə bölmənin Elmi Kitabxanasının direktoru Sahab Əliyevadır. Bölmənin “Tusi” nəşriyyatında hazırlanan göstəricidə jurnalın 1-50-ci nömrələrində çap olunmuş məqalələr, onların nəşr ili, seriyası, nömrəsi və səhifələri göstərilmiş, həmçinin nömrələrin statistik göstəriciləri də verilmişdir. Yəni müəllif öz məqaləsi haqqında məlumatı bu göstəricinin köməyi ilə asanlıqla əldə edə bilər. Həmçinin, hər hansı mövzu barəsində məqalələrlə də biblioqrafiya vasitəsilə tanış olmaq mümkündür. Biblioqrafik göstərici məqalə müəllifləri ilə yanaşı, elmi işçilər, tədqiqatçılar, doktorant və dissertantlar üçün faydalı mənbədir. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|B368408E-0DAB-4CA2-9FC4-A4FED0A0A6BD
|