Kitabxanada “Azərbaycan dili”, “Dilşünaslıq. İngilis dili”, “Botanika”, “Ekoloji biologiya”, “İdarəetmədə informasiya sistemləri”, “Biologiyanın tədrisi metodu və metodologiyası”, “Muzeyşünaslıq”, “Musiqi tənqidi”, “İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası”, “Tarixin tədrisi metodu və metodologiyası” və başqa ixtisaslar üzrə təcrübə keçən tələbələrə dissertasiya mövzularına uyğun əsərlərlə tanış olmaları üçün həm ənənəvi, həm də elektron formada xidmət göstərilir. Gənclər təcrübə zamanı tanış olduqları elmi ədəbiyyatlardan referat və dissertasiyalarının hazırlanmasında istifadə edəcəklər.
Qeyd edək ki, 16 fevral tarixində başlayan elmi-tədqiqat təcrübəsi mart ayının 16-da başa çatacaq. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|386B287A-6236-4831-A688-2F21524A48EF
|