28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir. Yüz üç il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Şanlı 28 May tarixi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Bu münasibətlə AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasında “28 May - Respublika Günü” adlı virtual sərgi hazırlanıb. Sərgidə bu əlamətdar günlə bağlı rəsmi sənədlər, kitablar, müxtəlif foto və dövri mətbuat nümunələri nümayiş olunur.
Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
https://docs.google.com/.../1oqZWFvcCkah.../mobilepresent... ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|4D512D3F-2CA6-4C95-82ED-7F37CC390E27
|