“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi-20 il” adlı sərgidə Naxçıvanda elmin keçdiyi
inkişaf yolunu əks etdirən kitab və monoqrafiyalar virtual rejimdə oxuculara təqdim edilib. Həmçinin
bölmənin yaradılması ilə bağlı imzalanan rəsmi sənədlər, əməkdaşların müxtəlif elmi nəşrləri, dövri-
mətbuat nümunələri də sərgidə nümayiş olunan resurslar sırasındadır.
Bundan əlavə, “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan abidələri ensiklоpediyası”, “Naxçıvan folkloru
antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan- tarixi-coğrafi və etnoqrafik atlası”, “Naxçıvan Azərbaycanın
dövlətçilik tarixində”, “Naxçıvan duzdağının qədim duz mədənləri”, “Naxçıvan Muxtar Respublikasının
Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və başqa fundamental əsərlər də
virtual ziyarətçilərin ixtiyarına verilib. Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|1C252E4D-874A-441E-A5BD-AABB4ED81E2E
|