AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının əməkdaşları Sahab Əliyeva və Samirə Məmmədova Avropa Yaxın Şərq Kitabxanaçıları Assosiasiyasının (MELCom) təşkilatçılığı ilə 17-19 may 2022-ci ildə Almaniyanın Filips Universitetində keçirilən 43-cü MELCom beynəlxalq konfransında iştirak ediblər.
“Naxçıvanda kitabxana işinin tarixi, keçdiyi inkişaf yolu və müasir vəziyyəti” mövzusunda ingilis dilində məruzə edən əməkdaşlarımız Naxçıvanda kitabxana işinin tarixi və mövcud vəziyyəti barədə konfrans iştirakçılarını məlumatlandırıb və mövzu ilə bağlı sualları cavablandırıblar.
ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|FDD1A872-843A-43A8-A391-35459285A28B
|