Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Nuridə Kəngərli kitabın elmi əhəmiyyətindən danışmış, kitabda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri və bu sahədə başladılan iqtisadi islahatların strateji mahiyyətindən bəhs olunduğunu vurğulamışdır. Daha sonra Naxçıvan Dövlət Universitetinin Dünya İqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Mahmudov “ Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına həsr olunmuş dəyərli əsər” mövzusunda məruzə edərək Muxtar Respublikamızın sosial-iqtisadi inkişafının keçdiyi inkişaf və regionun iqtisadi prioritetləri, onların təşəkkülü yollarının kitabda geniş şəkildə araşdırıldığını diqqətə çatdırmışdır. Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, professor Nazim Əhmədov və Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı , iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov kitab haqqında öz fikirlərini bildirmişlər. Sonda müəllifin ürək sözləri dinlənilmişdir. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|6A43BEBB-00BB-4FF3-909E-7CC227D30EF4
|