Tədbiri giriş sözü ilə açan bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru Əliəddin Abbasov çıxış edərək hər iki kitabın elmi əhəmiyyətindən danışmış, hər iki kitabı elmimizə yeni töhfə kimi dəyərləndirmişdir. Daha sonra Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov “Naxçıvan MR-in sosial-iqtisadi inkişafı tədqiqatlarda” mövzusunda məruzə etmişdir. İnstitutun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru Əhməd Qarayev və İqtisad üzrə elmlər doktoru Teymur Abbasov çıxış edərək hər iki kitabı yüksək dəyərləndirmiş və müəlliflərə gələcək elmi fəaliyyətlərində uğurlar arzu etmişlər. Sonda müəlliflərin ürək sözləri dinlənilmişdir. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|7DB6EFD3-44AA-40A7-A6B1-0FE0871D96B4
|