Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev xalqımızın qədim mədəni irsinin qorunub yaşadılması, inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, sözügedən sərəncamda yeni nəslin vətənpərvərlik tərbiyəsi və dünyagörüşünü zənginləşdirən, o cümlədən tariximiz, mədəniyyətimizlə bağlı kitablar üstünlük təşkil edir.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan ədəbiyyatının istiqlal romanı: “Qılınc və qələm”” mövzusunda məruzə edib. Bildirib ki, Məmməd Səid Ordubadi nəhəng yazıçılıq qüdrətilə Azərbaycan xalqının və dövlətinin tarixi, mübarizə əzmi barəsində sanballı əsərlər yaradıb. Ramiz Qasımov “Qılınc və qələm” əsərinin bunun bariz nümunəsi olduğunu söyləyib. Bildirib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm yeri nəzərə alınmaqla Naxçıvan Muxtar Respubikası Ali Məclisi Sədrinin imzaladığı “Oxunması zəruri olan kitablar siyahısı” na salınması da romanın müzakirəsini yenidən aktuallaşdırır.
Daha sonra həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və Mərkəzi Elmi Kitabxananın direktoru Sahab Əliyeva çıxış edərək əsərin əhəmiyyətli məziyyətlərindən danışıblar.
ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|A30426D1-9379-444A-959C-41F9F1CD2224
|