Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən keçirilən tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək sözügedən sərəncamın əhəmiyyətindən danışıb. O, tövsiyə olunan nəşrlər sırasında Teodor Drayzerin “Dahi” romanının da yer aldığını bildirib. “Dahi” kitabının məziyyətlərindən danışan alim bildirib ki, Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən olanTeodor Drayzer bu əsəri yazmaqla insan həyatının mənasını təhlil edir, yaşam uğrunda mübarizəsini göstərir. Müxtəlif təbiətli, fərqli dünyagörüşlü çoxsaylı obrazlar yaradan yazıçı əsərini sadə bir rəssamın həyat tərzi, yaradıcılığı, uğuru, sənətkarın mənəvi faciəsi üzərində qurub. Sənətkarın timsalında da Teodor Drayzer mükəmməl bir əsər yaradıb. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|8BDC1BBD-AE89-4D53-84E3-6CDE39501F06
|