Tədbiri Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov açaraq fransız yazıçısı Antuan De Sent Ekzüperinin həyat və yaradıcılığından, yazıçının məşhur “Balaca şahzadə” əsərindən ətraflı bəhs edib. Qeyd olunub ki, sözügedən əsər dünyada ən çox satılan və oxunulan, dərin mənası olan fəlsəfə əsərlərdən biridir.
Daha sonra institutun İqtisadiyyat şöbəsinin böyük laborantı Məhəmməd Süleymanovun Antuan De Sent Ekzüperinin məşhur əsəri-“Balaca şahzadə” mövzusunda məruzəsi dinlənilib.
Sonra Kitabxananın direktoru Sahab Əliyeva mövzu ətrafında çıxış edib. Qeyd olunub ki, 200-dən artıq dilə tərcümə olunan “Balaca şahzadə” əsəri bu gün yaşından asılı olmayaraq hər kəs tərəfindən maraqla oxunulur və sevilir. Bildirilib ki, 27 bölmədən ibarət olan əsərdə Antuan De Sent Ekzüperi Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələrindən söz açır. Əsərdə balaca şahzadənin yeddi planetə səyahətindən bəhs edən bölmələrdə insanların yaşam tərzinin təsviri və müqayisəsi verilib. Kralın hakimiyyət sevgisi, sənət adamının şöhrətpərəstliyi, iş adamının məqsədsiz hər şeyə sahib olmaq istəyi və bu kimi insanların tipi əsərdə təhlil olunub, tənqid edilir. Müəllif əsərdə sevmək bir-birinə baxmaq deyil, iki nəfərin bir tərəfə, bir istiqamətə baxmasını, eyni zamanda insan bir əqidə, bir amal uğurunda mübarizə apardıqda daha böyük işlər görməyə qadir olduğunu özünəməxsus bir şəkildə təqdim edib.
ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|66DCA6C1-C4E5-46A9-903E-D0941270A41F
|