2020-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 75 ili tamam olur. AMEA 75 illik tarixi ərzində zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin müasir zamanın tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynamışdır. AMEA-nın 75 illiyi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində qəbul edilən “Tədbirlər planı”na müvafiq olaraq AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası - 75” adlı sərgi təşkil olunub. Sərgidə “Azərbaycan Milli Elmlər Akademiyası 70”, “Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiləri. Biblioqrafik məlumat kitabı”, “Heydər Əliyev və Azərbaycan elmi”, “Elmin qızıl fondu. Azərbaycan Milli Elmlər Akademiyası 60”, “Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında. I və II cild”, “Azərbaycan alimlərinin I qurultayının materialları”, “Akademik Mir Əsədulla Mirqasımov : Bitib-tükənməyən nağıl…”, “İnsanlara nur bəxş edən alim ömrü”, “Azərbaycan Milli Elmlər Akademiyasının nizamnaməsi”, “Alimlər dünyanın çırağı, axirətin nurudurlar”, “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi”, “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu”, “Azərbaycan təbiət elminin patriarxı”, “Elmimizin şah budağı”, “Elmin və təhsilin işığında”, “Akademik Həsən Abdullayev”, “Из истории национальной Академии Наук Азербайджана” kimikitab və monoqrafiyalar, həmçinin müxtəlif jurnal və qəzet materialları nümayiş olunur. Sərgi mart ayının sonunadək davam edəcək. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|FE678CEC-56D0-4CA3-BA3F-FE80BE40CE72
|