Virtual sərgidə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı (18 oktyabr 1991)”, “18 oktyabr—Dövlət müstəqilliyi gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” kimi mühüm rəsmi sənədlər, Azərbaycan Respublikasının dövlət rəmzləri olan bayraq, gerb, himn haqqında məlumatlar və bir sıra kitablar nümayiş olunur. Həmçinin, tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, bütün həyatını Azərbaycana həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətindən və müstəqillik illəri ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərindən bəhs edən jurnal, qəzet materialları da sərgidə nümayiş olunan resurslar sırasındadır.
https://docs.google.com/.../1XRDNdPVrk9A.../mobilepresent... ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|C4256145-A5CB-4075-BD68-0D5E16D28012
|