|  | AMEA NAXÇIVAN BÖLMƏSİNİN ELMİ KİTABXANASINDAN İSTİFADƏ QAYDALARI
 | 
         
        
            |  |  | 
        
          
              1.AMEA Naxçıvan 
              bölməsinin elmi kitabxanası universal xarakterli elmi kitabxanadır. 
    
        2.Kitabxananın fondlarından əsasən müxtəlif elmi müəssisələrdə çalışan elmi 
        işçilər, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislər, 
        universitet müəllim və tələbələri istifadə edə bilər. 
    
        3.İstifadə pulsuzdur 
    
        4.Elmi kitabxanadan istifadə zamanı oxucu formulyarı doldurulmalı, oxucu 
        haqqında bütün məlumatlar orada öz əksini tapmalıdır.Qeyri-akademik 
        müəssisələrdən olan oxuculara yalnız oxu zalı vasitəsilə xidmət göstərilir. 
        Ədəbiyyatı vaxtında qaytarmayan oxucu müəyyən qaydada məsuliyyət daşıyır. 
    
        5.Naxçıvan Bölməsinin əməkdaşlarına ədəbiyyatlar 
        1 ay müddətinə verilir. 
        
    
        6.İstifadə üçün verilmiş ədəbiyyatı cıran, korlayan oxucu məsuliyyət daşıyır. 
        
    
        7.Kataloq və kartotekalardan istifadə edən oxucu onları cırmamalı, yazmamalı, 
        kataloq və kartoteka yeşiklərini kənara aparmamalıdır.
    
        8.Oxu zallarında alınan 
        ədəbiyyatlardan yalnız oxu zalında istifadə etmək olar. 
    
        9.Soraq-biblioqrafiya və 
        tək nüsxələr evə verilmir.