- internet vasitəsilə elektron kitabxanadan istifadə
- kitabxana daxilində elektron kataloqdan istifadə
- kitabxanada fəaliyyət göstərən müxtəlif informasiya vasitələrindən istifadə
OXU,DÖVRÜ MƏTBUAT VƏ REFERATİV JURNAL ZALLARI
Oxu,dövrü mətbuat və referativ jurnal zallarında müxtəlif
adda, müxtəlif elm sahələrini əks etdirən ədəbiyyatlar, elmi, elmi-kütləvi
jurnallar, referativ jurnallar və respublika qəzetləri oxucuların
istifadəsindədəir. Jurnal fonduna abunə yolu ilə və müxtəlif nəşriyyatlar
tərəfindən alınan jurnallar, dövrü mətbuat fonduna isə 11 adda respublika
qəzetləri daxil olur. Oxu,dövrü və referativ jurnal zallarında internetdən
istifadə olunur.
ELEKTRON OXU ZALI
Kitabxanada elektron oxu zalından müxtəlif oxucular istifadə
edir.Burada sürətli internet və daxili şəbəkə vasitəsilə xidmət göstərilir.
Elektron zalda 6 ədəd kompyuter dəsti oxuculara aşağıdakı xidmətləri təklif
edir:
-elektron kataloq vasitəsilə kitabxana fondlarındakı ədəbiyyatlardan istifadə
etmək;
-skaner və printerdən istifadə etmək;
-internet üzərindən digər kitabxanaların ehtiyatlarından istifadə etmək.
MƏLUMAT-BİBLİOQRAFİYA XİDMƏTİ
Bu xidmət növündə əsasən qəzet və jurnal məqalələrinin
ümumi kartotekasından, müxtəlif mövzu kartotekalarından,diyarşünaslıq
kartotekasından, AMEA Mərkəzi Elmi kitabxa- nasının fondlarını əks etdirən
biblioqrafik nəşrlər kartotekasından istifadə olunur.
DİSSERTASİYA VƏ AVTOREFERATLARI ƏKS ETDİRƏN FONDDAN İSTİFADƏ
Bu fondda sistemləşdirilən fəlsəfə və elmlər doktoru dissertasiyalarının avtoreferatları vasitəsilə
oxuculara informasiya xidməti göstərilir.