1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi daşıyır. Üç ildir ki, Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər. Gənclərin milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə uzun illərdir uğurla həyata keçirilən gənclər siyasətidir. Azərbaycanda gənclər siyasəti məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu əlamətdar günlə bağlı AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanası “12 Avqust Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi hazırlayıb.Sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, kitablar və mövzuya dair digər resurslar yer alıb. Sərgidə təqdim olunan resurslar tam mətnləri ilə verilib. Sərgi ilə aşağıdakı link vasitəsiylə tanış ola bilərsiniz.
https://docs.google.com/presentation/d/1vNokdQW45o5nkY_OcqIoG-yn0eZKJSTLmoCzJI0KV_Q/edit#slide=id.p ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|93F9AA59-66F9-4035-998A-2AA540B84BCA
|