BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib.Ənənəvi olaraq Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır.2007-ci ilin həmin günündə BMT-nin Baş katibi Pan Gi Mun “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir dəqiqəlik sükuta çağırıb. “Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur” deyən Baş katib dünyanı bir daha sülh uğrunda səyləri birləşdirməyə səsləyib. Bu əlamətdar günlə bağlı AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanası virtual sərgi hazırlamışdır. Sərgidə sənədlər toplusu, qəzet jurnal məqalələri və bir sıra dəyərli kitablar elektron formada oxuculara təqdim olunmuşdur.
https://docs.google.com/presentation/d/1gJ9_9j-QGvl_6LcXfiG28NPzOKA7RGzPtl670TD9r8Q/edit#slide=id.p ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|D0C64F25-31E8-476B-B68A-DB35C680B7B4
|