27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasında “27 Sentyabr Anım Günü” adlı virtual sərgi hazırlanmışdır. Sərgidə Erməni vandalizminin tarix boyu Azərbaycana qarşı törətdiyi haqqsızlıqları əks etdirən nəşrlər təqdim edilmişdir.
https://docs.google.com/presentation/d/1Xv6M46UdbAxkZfWSBUldS82qWB3cp5W42jRh1HVaG3c/edit#slide=id.p ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|508DF47D-7C14-4721-9F82-3EB77A0C8C17
|