|
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında "Zəfər Günü" adlı virtual sərgi hazırlnmışdır.
|
9.11.2023
|
|
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında "Zəfər Günü" adlı virtual sərgi hazırlnmışdır.Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi,məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb eçdilər,torpaqlarımız qəhrəman əsgər və abitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Beləliklə, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşməninhərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd
edilməsi ilə bağlı qərar verildi. Bu möhtəşəm tarixi gün - Zəfər Günü münasibətilə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Zəfər Gününə və Vətən müharibəsi şəhidlərinə həsr olunan kitablar, mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan
məqalələr, fotolar nümayiş olunur. Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
|
|