Kitabxanada “Azərbaycan dili”, “Aktyor sənətinin tarixi və nəzəriyyəsi”, “Hüquq”, “Arxeologiya”, “Sosial iş”, “Biologiyanın tədrisi metodu və metodologiyası”, “Muzeyşünaslıq”, “Musiqi tənqidi”, “İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası”, “Tarixin tədrisi metodu və metodologiyası”, “Beynəlxalq əlaqələr”, “Kimyanın tədrisi metodu və metodologiyası”, “Bədən tərbiyəsi və idmanda tibbi bioloji təminat” və başqa ixtisaslar üzrə təcrübə keçən tələbələrə dissertasiya mövzularına uyğun əsərlərlə tanış olmaları üçün həm ənənəvi, həm də elektron formada xidmət göstərilir. Tələbələr təcrübə zamanı tanış olduqları elmi ədəbiyyatlardan referat və dissertasiyalarının hazırlanmasında istifadə edəcəklər.
Qeyd edək ki, 17 fevral tarixində başlayan elmi-tədqiqat təcrübəsi mart ayının 16-da başa çatacaq.
ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|1430D218-202C-4821-86C6-3DC7B8F91160
|