Seminarın məqsədi tələbələrə kitabxanadan istifadə qaydaları, xidmət üsulları barədə məlumat vermək və onları düzgün istiqamətləndirməkdən ibarətdir. Seminarı giriş sözü ilə açan kitabxananın direktoru Sahab Əliyeva kitabxananın fəaliyyəti, fondlarda mühafizə olunan kitablar və digər sənəd resursları haqqında ətraflı məlumat verib. Kitabxananın fond müdiri Kəmalə Quliyeva isə tələbələri elmi-tədqiqat təcrübəsi zamanı istifadə edəcəkləri kitabların həm ənənəvi, həm də elektron formada axtarışı və onlardan istifadə qaydaları barədə məlumatlandırıb. Müzakirə şəklində keçən seminarda tələbələr də öz fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|F93E1224-8333-4D19-8438-BBB61565811F
|