Sərgidə tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı faciəsinin dəhşətlərini əks etdirən Azərbaycan, ingilis və rus dillərində kitablar nümayiş etdirilir.
Bura “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi”, “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Türkün Xocalı soyqırımı”, “Xocalı şahidləri danışır”, “Qarabağ həqiqətləri”, “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar”, “Erməni terroru”, “Dağlıq Qarabağın tarixindən sənədlər” və digər bu qəbildən olan kitablar daxildir.
Həmçinin bu dəhşətli hadisəyə obyektiv qiymət verən ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımın beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən müxtəlif illərdə çap olunmuş qəzet, jurnal və toplu məqalələri sərgidə təqdim olunur.
ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|72B9EAC8-0F52-489F-9D06-66E94F7EAB36
|